Cəlil Cavanşirin yeni kitabının imza günü olacaq

Cəlil Cavanşirin yeni kitabının imza günü olacaq
18 may 2023
# 13:15

Mayın 20-si saat 18:00-da Park bulvar AVM-nin 1-ci mərtəbəsindəki "Əli və Nino" kitab mağazasında tanınmış yazıçı və şair Cəlil Cavanşirin "Gənc şairin dilemması" kitabının təqdimatı və imza günü baş tutacaq.

Kulis.az xəbər verir ki, bu barədə yazıçı öz "Facebook" profilində məlumat yayıb.

Qeyd edək ki, Cəlil Cavanşirin bu kitaba qədər "Qadın corabları", "P. S. Darıxıram", "Sola dönmək qadağandır", "Azğın" kimi geniş oxucu rəğbəti qazanmış kitabları işıq üzü görüb.

Bir 1 kişi ve şunu diyen bir yazı 'Calil Cavanşir GANC SAIRİN DILEMMASI citomnia 20 may, saat 18:00 > Calil Cavanşir İmza günü Ünvan: "ali va Nino" kitab mağazası Park Bulvar AVM, 1-ci martaba AliaNing PARK BULVAR BAKU' görseli olabilir

# 971 dəfə oxunub

Müəllifin son yazıları

# # #