Tənhalıq Nazirliyi yaradıldı

Tənhalıq Nazirliyi yaradıldı
19 yanvar 2018
# 11:10

Böyük Britaniyada tənhalıq işləri üzrə nazir vəzifəsi təsis olunub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Böyük Britaniyanın baş naziri Tereza Mey ilk dəfə olaraq tənhalıq işləri üzrə nazir təyin edib.

Bu vəzifə parlamentin idman və vətəndaş cəmiyyəti üzrə nazir müavini Treysi Krauça həvalə olunub. “Tənhalıq üzrə nazir” vəzifəsi Britaniya parlamentinin tənhalıqla mübarizə komissiyasının təklifi ilə yaradılıb.

Ölkənin baş nazirinin sözlərinə görə, bu il insanların tənhalıqdan əziyyət çəkməsini aradan qaldırmaq yollarının axtarışı üzrə beynəlxalq strategiya dərc olunacaq.

Britaniyanın Qırmızı Xaç cəmiyyətinin hesabatına görə, ölkədə doqquz milyon insan özünü daima və ya tez-tez tənha hiss edir. 200 min yaşlı insan isə dostlarla və qohumları ilə bir aydan da artıqdır ki, danışmır.

Həmçinin, 2017-ci ilin dekabrında İngiltərənin Milli Səhiyyə Xidmətinin baş tibb bacısı qış aylarında soyuq və tənhalığın ölümcül ola biləcəyini bəyan etmişdi.

# 1665 dəfə oxunub

Müəllifin son yazıları

# # #