Türkiyədə 2017-ci il ərzində ən çox satılan kitab Zülfi Livanelinin “Hüzursuzluq” kitabı olub.
Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, D&R sənət və əyləncə portalının hesabatlarına görə, ən çox satılan kitablar siyahısında “Heyvanlardan Tanrılara” - Sapiens (Yuval Harari), “Sən on yeddi yaşımsan” (Miraç Çağrı Aktaş), “Başlanğıc” (Den Braun) və “Xəz paltolu madonna” (Sabahattin Ali) kitabları da var.
Xatırladaq ki, Zülfi Livanelinin roman Suriyadan Türkiyəyə qaçqın gələn yezidi qızın həyatından bəhs edir.
- Rəsul Rzanın "Rənglər"i Latviyada çap olundu
- Nesrin Cavadzadə də etirazlara qoşuldu
- Orxan Nadirov: “47-ci saniyənin hökmü”-Ən qısa hekayə
Azərbaycanlı oxucu Zülfü Livanelini daha çox müğənni kimi tanıyır. Onun "Günəş topla mənim üçün" mahnısı çox populyardır.