Türkiyə teatrının canlı əfsanəsi 97 yaşlı aktyor, rejissor və dramaturq Haldun Dormen səhhətində yaranan problem səbəbilə xəstəxanaya yerləşdirilib.
Kulis.az xəbər verir ki, o, yaxın günlərdə keçirdiyi infeksiya ilə əlaqədar olaraq özəl tibb müəssisəsində müalicə alır.
Həkimlərin nəzarəti altında olan sənətçinin vəziyyətinin hazırda stabil olduğu qeyd olunur.