Azərbaycan xalqının tarixi ərəb dilində

Azərbaycan xalqının tarixi ərəb dilində
10 aprel 2017
# 17:48

ARNK yanında Tərcümə Mərkəzinin növbəti nəşri – “Azərbaycan xalqının tarixi və ya “tərcümeyi-halı” kitabı ərəb dilində işıq üzü görüb.

Kitab dünyanın qədim tarixə malik xalqı olan azərbaycanlıların “tərcümeyi-halı”ndan, millət kimi formalaşma dövrləri və mərhələlərindən bəhs edir. Müstəqilliyinə XX əsrin sonlarında qovuşmuş Azərbaycan xalqının zəngin etnik, siyasi və mədəni ənənələri əsasında milli mənliyini qoruyub saxlaması, demokratik inkişaf yolu ilə irəliləməsi, özünü dünya çapında təsdiq etməsi nəşrdə tarixi faktlar və sənədli detallarla əks etdirilir. Müsəlman-ərəb dünyasında yayımlanacaq kitabın bir çox dünya dillərinə tərcümə və nəşr edilməsi nəzərdə tutulur.

Kitabın müəllifi – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, ərəb dilinə tərcüməsinin müəllifi Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi, filologiya üzrə fəlsəfə doktoru Əhməd Sami Elaydidir.

# 1083 dəfə oxunub

Müəllifin son yazıları

# # #