Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhad Kabaklı 2021-ci il üçün "Yaşayan Dədə Qorqud" mükafatı sahiblərinin adlarını açıqlayıb.
Kulis.az xəbər verir ki, görkəmli alimlərimiz “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər.
Vəqfin İdarə Heyətinin toplantısında qəbul etdiyi qərarla 2018-ci ildən bu yana Türk Dünyası nəzdində verilən mükafat bu il Azərbaycandan iki nəfərə təqdim olunur. Millət vəkili, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli və Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla “Yaşayan Dədə Qorqud” mükafatına layiq görülüblər.
- Yeni sevdasına qurban olduğum - Mikayıl Müşfiqin şeirləri
- Xəyanəti birinci qadın edir
- Ədəbsiz, aşağı səviyyəli əyləncə - Tolstoy Şekspirə niyə nifrət edirdi?
Əsərləri bir sıra dillərə çevrilən İ.Həbibbəyli və K.Abdulla uzun illər apardıqları elmi araşdırmalara, çox sayda elmi, bədii və bioqrafik əsərlərinə, Türk mədəniyyətinə və ədəbiyyatına xidmətlərinə, Türk dünyasının birliyi uğrunda həyata keçirdikləri elmi və ədəbi fəaliyyətə görə mükafatlandırılıblar.