“Qonkur” makafatının qalibi bəlli oldu

“Qonkur” makafatının qalibi bəlli oldu
5 noyabr 2019
# 09:38

Fransalı yazıçı Jan-Pol Dübua ədəbiyyat üzrə keçirilən “Qonkur” (“Goncourt - 2019”) müsabiqəsinin qalibi seçilib.

TASS agentliyi xəbər verir ki, müəllif mükafatı “Heç kim bu dünyada eyni yaşamır” (Tous les hommes n'habitent pas le monde de la même façon) adlı əsərinə görə qazanıb. Bu sayca onun 16-cı əsəridir.

69 yaşlı yazıçının Fransada böyük oxucu auditoriyası var. Tuluz şəhərində dünyaya göz açan Jan-Pol Dübua karyerasına müxbir kimi başlayıb. Yazıçının bir neçə romanı ekranlaşdırılıb.

“Heç kim bu dünyada eyni yaşamır” əsərinin qəhrəmanı Monreal həbsxanalarının birində yatarkən ötən günlərin səhifələrini vərəqləyir.

Müxbirlərlə söhbət zamanı Dübua bildirib ki, qazandığı mükafat onun sonrakı yaradıcılığına təsir etməyəcək. “Söz verirəm ki, əvvəlki kimi qalacağam”, - deyə Dübua əlavə edib. /azertag.az/

# 2097 dəfə oxunub

Müəllifin son yazıları

# # #