"Ulduz döyüşləri"nin aktrisası vəfat etdi

"Ulduz döyüşləri"nin aktrisası vəfat etdi
5 fevral 2021
# 19:15

"Ulduz Döyüşlər" filmində rol alan avstraliyalı müğənni və aktrisa Triçia Noble 76 yaşında vəfat edib.

Kulis. az xarici mediaya istinadən xəbər verir ki, sənətçi nadir görülən xərçəng mezotelyoma xəstəliyindən əziyyət çəkdiyi bildirilib. 16 ay davam edən bir mübarizədən sonra aktrisanın yanvarın 23-də dünyasını dəyişdiyi qeyd edilib.

Xatırladaq ki, Triçia Noble “Ulduz Döyüşləri” nin iki hissəsində rol alıb. Film karyerasındann başqa 1961-ci ildə ən yaxşı qadın müğənni nominasiyasında “Avstraliya Logie” mükafatını qazanıb.

# 2763 dəfə oxunub

Müəllifin son yazıları

# # #