Koelyodan xəstə rus qızına böyük jest

Koelyodan xəstə rus qızına böyük jest
19 iyul 2016
# 10:28

Brazilyalı yazıçı Paulyo Koelyo xərçəng xəstəsi qıza dəstək verib.

Kulis.Az rus saytlarına istinadən xəbər verir ki, Yekaterina adlı qız Rusiyanın Murmansk əyalətində yaşayır.

Yeddi yaşlı Yekaterina 2014-cü ilin noyabrında bədxassəli şiş diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin müalicədə Yekaterina üç əməliyyatdan keçib.

“Milyonlarla oxucunun suallarına öz kitabları ilə cavab verən Paulyo Koelyoya təşəkkür edir və qızımıza sağalmağını arzulayırıq” – Yekaterinanın yaxınları açıqlama verib. Onların sözlərinə görə, bu cür dəstək xəstənin sağalması üçün müsbət təsir göstərəcək.

Xatırladaq ki, dünyanın ən populyar yazıçısı Paulyo Koelyonun kitabları 300 milyon tirajla satılıb.

# 1117 dəfə oxunub

Müəllifin son yazıları

# # #