“Aydın yol”un növbəti sayı köşklərdə

“Aydın yol”un növbəti sayı köşklərdə
5 iyun 2015
# 11:53

Tərcümə Mərkəzinin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti 21-ci sayı çapdan çıxıb. Kulisin məlumatına görə bu dəfə qəzetdə aşağıdakı yazılar yer alır:

Sonuncu İran Şahının sarayında saraydaxili intriqalardan bəhs edən “Bakılı Tacülmülükün xatirələri”;

“Unudulmuş dəyərlər” rubrikasında Eldar Baxışın şeirləri;

Afaq Məsudun “Duyğular imperiyası”;

Filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın “Məxdumqulu Fəraqi irsi: Türkmən və ümumtürk dəyərlər qovşağında” adlı araşdırma;

Mətbuat Şurasının sədri Əflatun Amaşovun müsahibəsi;

Mahir Qarayevin tərcüməsində Volfhanq Borhertin iki hekayəsi;

“Ədəbi gənclik” rubrikasında Mirmehdi Ağaoğlunun “Mərəz”i;

İlqar Əlfinin təqdimatında “Hər suala bir cavab” ensiklopedik məlumatlar toplusu;

Kulturologiya elmləri doktoru Çingiz Abdullayevin “Azərbaycan muğamının sərhəd tanımayan qüdrəti” yazısı;

“Əsirlikdə ölən sultan İldırım Bəyazid”,

“Mənsur necə Həllac oldu?”

Feyziyyə Soltanmuradovanın “Məni bağışla...” essesi;

Rəbiqə Nazimqızının “Yılmaz Ərdoğana məktublar”ı;

“Orest Kiprenski – Yol ayrıcında qalan rəssam” yazısı;

“Oskar”ı hədəf saymayan – Luis Bunuel” və digər maraqlı yazılar yer alıb.

# 1111 dəfə oxunub

Müəllifin son yazıları

# # #