"Kişi və qadın" adlı yeni tamaşanın məşqlərinə başlanıldı

"Kişi və qadın"  adlı yeni tamaşanın məşqlərinə başlanıldı
4 iyun 2024
# 15:30

Azərbaycan Teatr Xadimlər İttifaqında yazıçı, dramaturq Əli Əmirlinin eyniadlı pyesi (iki hissəli epataj komediya) əsasında hazırlanan tamaşanın məşqləri davam edir.

Kulis.az xəbər verir ki, premyerası iyun ayının sonlarına nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru Məhəmməd Verdizadə, bəstəkarı Gülnar Əlfiqızı, səhnə tərtibatçısı Zaur Abbasovdur.

Tamaşada aktyorlar Rəşad Səfərov, Günel Həmidova, Vüqar Məmmədəliyev, Əzizə Həşimova, Rəbillə Ələkbərzadə iştirak edirlər.

Tamaşa çağdaş dövrdə yaşayan kişi və qadın münasibətlərindən, ailədaxili ziddiyyətlərin fonunda yaranan komik, həm də sürrel situasiyalardan bəhs edir. Həyat yoldaşı Emmanı itirən Cəmil onu başqa qadınlarda axtarmağa başlayır. Bu axtarışlar isə qəhrəmanı komik, anlaşılmaz vəziyyətlərlə üz-üzə qoyur.

Teatr Xadimlər İttifaqının böyük səhnəsində nümayiş olunacaq səhnə əsəri həm də tamaşada iştirak edən aktyorların benefisi hesab olunacaq.

# 678 dəfə oxunub

Müəllifin son yazıları

# # #