Azərbaycan filmləri Kann festivalında

Azərbaycan filmləri Kann festivalında
14 may 2015
# 12:39

Kannda Azərbaycan pavilyonu təşkil olunub. Bu barədə Kulisə "Azərbaycanfilm" kinostudiyasından məlumat verilib.

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, kinoşünas, rejissor Ayaz Salayev, rejissor Asif Rüstəmov və digər kino mütəxəssisləri Azərbaycan kinematoqrafiyasını dünyanın ən nüfuzlu kino toplantısında təmsil edir. Pavilyonda müasir kinomuzu, onun imkanlarını və nailiyyətlərini, Azərbaycanda turizm imkanlarını əks etdirən, Baku 2015 Birinci Avropa Oyunlarını təbliğ edən çap və reklam məhsulları nümayiş olunur.

Bu il Azərbaycanfilm tarixində ilk dəfə olaraq Kann kino bazarına 6 film təqdim etmişdir. Bunlar “Şəhər motivləri”, “Qırmızı bağ”, “Yarımçıq xatirələr”, “İçəri Şəhər”, “Axınla aşağı”, “Qisas almadan ölmə. Keçmişdən məktublar” bədii filmlərdir.

Xatırladaq ki, Azərbaycan kino pavilyonu 5-ci ildir ki, ardıcıl olaraq Kann Beynəlxalq Film Festivalında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunur.

# 866 dəfə oxunub

Müəllifin son yazıları

# # #