Xalq şairinin qardaşı həbs olundu

Xalq şairinin qardaşı həbs olundu
14 noyabr 2019
# 09:54

Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb. Saxlanılanlar arasında keçmiş polis rəisi, “Legat” İnteqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev də var.

Faktla bağlı Əlövsət Əliyevin qardaşı, “Qanun” nəşriyyat evinin rəhbəri Şahbaz Xuduoğlu Lent.az -a danışıb. O, hadisənin həqiqət olduğunu bildirib:

“Bəli, hadisə həqiqətdir. Mən Əlövsət Əliyevin oğlu Türkel Rüstəmxanlı ilə əlaqə saxladım. Detalları hələki tam dəqiq bilmirik. Türkel Rüstəmxanlı artıq bu işə vəkil cəlb edib. Vəkilin bu işi tez bir zamanda öz yoluna qoyacağına əminik. Əlövsət Əliyev Azərbaycanın tanınmış hüquqşünaslarından biri olub. İnanmıram onun fəaliyyətində qeyri-leqal nəsə olsun. Çox güman ki, bu Almaniyada miqrasiyanın qarşısını almaq üçün atılan addımdır. Çünki son zamanlar Avropaya, xüsusilə də Almaniyaya miqrasiya axını daha da çoxalıb. Tezliklə Əlövsət Əliyevin bu problemdən üzüağ çıxacağını gözləyirəm”.

Qeyd edək ki, bu barədə Almaniyada yaşayan Həbib Müntəzir məlumat yayıb. O bildirib ki, alman polisi Frankfurt, Köln, Viesbaden, Koblens vә Düsseldorf şәhәrlərində 13 ev və obyektə basqın edib: "Axtarış nəticəsində xeyli sənəd ələ keçirilib və 8 nəfər saxlanılıb. Bu şəxslər 3-10 min euro müqabilində Azərbaycandan 20 nəfər mühacir daşıyırlarmış".

Xatırladaq ki, Əlövsət Əliyev Xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.

# 2861 dəfə oxunub

Müəllifin son yazıları

# # #