Trier tanınmaz hala düşüb - Fotolar

Trier tanınmaz hala düşüb - Fotolar
23 may 2019
# 13:45

Rusiyalı jurnalist Kseniya Sobçak özünün "Youtube" kanalında dünyaca məşhur kinorejissor Lars fon Trierlə müsahibə yayımlanıb.

Kulis.az-ın verdiyi xəbərə görə, “Ehtiyatlı, olun Sobçak!” adlanan verilişdə aktivist xanım rejissora həyat tərzi, depressiya xəstəliyi, Kann festivalında “Persona non qrata” elan olunması, Tarkovskiyə münasibəti, “Qaranlıqda tans” filminə çəkilən Byorkun seksual təcavüz haqda rejissora qarşı irəli sürdüyü ittihamlar barədə suallar verib.

Rejissorun evində baş tutan müsahibədə onun həyat tərzi ilə bağlı bir çox məqamlar aydınlaşıb.

Söhbət əsnasında rejissor gün ərzində 14 adda dərman içdiyini, buna görə yataq otağını göstərmək istəmədiyini söyləyib. Həmçinin rejissor alkoqolizmlə mübarizə aparmaq üçün dərnəklərə getdiyini etiraf edib.

Müsahibədə Lars von Trier təmkinli danışsa da, çox zəif görünür, əlləri əsir və səsi tutrəyir.

# 2211 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #