Kiyev Şəhər Dövlət Administrasiyası xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair rəsmi qərar verib.
Azərbaycanın Ukraynadakı səfirliyinin sifarişi ilə Kiyevdə mərkəzi parkların birində İmadəddin Nəsiminin heykəlinin ucaldılmasına dair qərar səfirliyə təqdim olunub.
Onu da qeyd edək ki, heykəlin müəllifi Ukraynanın Xalq rəssamı, tanınmış heykəltəraş həmyerlimiz Seyfəddin Qurbanovdur. Tuncdan hazırlanan heykəlin hündürlüyünün 5 metrə yaxın olacağı nəzərdə tutulur.
- “Yaş keçəndə yuxular da əzab verir” - Cavanşir Yusifli ilə ad günü söhbəti
- Tuğ kəndinin tarixi ərazisi Qoruq elan edildi - Sərəncam
- Buddist rahibin arvadıyla yatan azərbaycanlı
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan edilib./azertag.az/