İspaniya rəsmisi Tərcümə Mərkəzində

İspaniya rəsmisi Tərcümə Mərkəzində
3 oktyabr 2017
# 15:28

Oktyabrın 3-də İspaniya Krallığının Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili cənab İqnasio Sançes Taboada ARNK yanında Tərcümə Mərkəzində olub.

Kulis.azın verdiyi xəbərə görə, görüşdə Azərbaycan-İspaniya ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi yollarından, Tərcümə Mərkəzinin bu istiqamətdə həyata keçirdiyi beynəlxalq layihələrdən, müxtəlif dövrlərdə Azərbaycan dilinə tərcümə və nəşr olunmuş Kamilo Xose Sela, Federiko Qarsiya Lorka, Eduardo Mendosa, Migel Delibes, Alvaro Kunkeyro, Antonio Maçado, Хuan Ramon Хimenes və digər bu kimi tanınmış ispan ədiblərinin əsərlərindən söz açılıb, artıq bir çox dillərə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı antologiyası”nın İspaniyada nəşrinə dair məsələlər müzakirə olunub.

Görüşün sonunda qonağa Mərkəzin ispan ədəbiyyatı üzrə nəşrlərindən ibarət çanta hədiyyə edilib.

# 1643 dəfə oxunub

Müəllifin son yazıları

# # #