Kəmaləddin Qədimin şeir kitabı çıxıb

Kəmaləddin Qədimin şeir kitabı çıxıb
10 fevral 2016
# 16:52

Şair Kəmaləddin Qədimin “Dünya qonaq sevən deyil” adlı şeirlər kitabı çapdan çıxıb.

Kitab 80-ci illər ədəbi nəslinin tanınmış nümayəndələrindən biri, “Türk Ədəbiyyatına Xidmət” (Türkiyə), Şahmar Əkbərzadə adına “ Beynəlxalq Ədəbiyyat mükafatları laureatı, Prezident mükafatçısı Kəmaləddin Qədimin öz oxucuları ilə sayca doqquzuncu görüşüdür.

Kitabda şairin son illərdə yazdığı şeirlər toplanıb. Ümidvarıq ki, “Dünya qonaq sevən deyil” oxucularımızın stolüstü kitabına çevriləcək.

Kəmaləddin Qədim müasir Azərbaycan poeziyasında öz dəsti-xətti, ifadı tərzi ilə seçilən, dilinin rəvanlığı, koloriti, fikrinin aydınlığı, məna yükü və fəlsəfi tutumuyla tanınan, fərqlənən şairlərimizdəndir. Onun poetik dünyası xaotik burulğanlarda üzən yelkənsiz qayıq deyil. Bu poeziya şairin həyatı kimi nizamlı, düzümlüdü. Şairin poetik məntiqi şairin həyat fəlsəfəsini, yaşamını romantik bir pafosla təsdiqləyir. Bu poeziya avtobioqrafik poeziyadır.

# 922 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #