“Planetlə dialoq” adlı sənədli filmin premyerası keçiriləcək.

“Planetlə dialoq”  adlı sənədli filmin premyerası keçiriləcək.
19 fevral 2024
# 18:45

Fevralın 21-də Bişkekdə, Alıkul Osmonov adına Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə və dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatova həsr olunmuş “Planetlə dialoq” adlı sənədli filmin premyerası keçiriləcək.

Kulis.az xəbər verir ki, Rusiyanın məşhur kinorejissoru Qriqori Naxapetovun müəllifi olduğu film Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun (TDSDF) sifarişi və birbaşa iştirakı ilə çəkilib. Tədbirdə Qırğızıstanın dövlət xadimləri, yazıçılar, elm adamları, Bişkekdəki diplomatik korpusun və diaspor nümayəndələrinin iştirakı gözlənilir.

Ekran əsəri, eyni zamanda, Qırğızıstan Milli Teleradio Kompaniyasının mədəniyyət kanalı vasitəsi ilə də nümayiş etdiriləcək.

# 716 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #