Uşaq evinin sakinlərinə xoş xəbər

Uşaq evinin sakinlərinə xoş xəbər
30 sentyabr 2019
# 13:12

28 Sentyabr 2019-cu il tarixində Gəncə şəhəri Maarif evində “Uşaq evinin sakinlərinin təhsilinə dəstək” adlı yeni layihənin ilk müzakirəsi başlanıb.

Kulis.azın verdiyi xəbərə görə, layihənin həyata keçirilməsində əsas məqsəd uşaq evində yaşayan uşaqların layiqli vətəndaş kimi böyüməsi işinə, o cümlədən ali və orta ixtisas məktəblərinə qəbulu işinə dəstək verməkdir.

“Uşaq evinin sakinlərinin təhsilinə dəstək” layihəsinə qoşulan hər bir müəllim və hər bir tələbə təmənnasız və könüllü olaraq uşaqlara müxtəlif təhsil xidmətləri göstərəcək.

Layihənin müzakirəsində bir qrup ziyalı, müəllim, tələbə, fəal gənc iştirak edirdi. Müzakirə zamanı layihənin gələcək perspektivləri barədə bir sıra təkliflər irəli sürülüb.

Müzakirələrin yekununda gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Fəaliyyət planı hazırlandı. İşin təşkili üçün struktur bölmələr yaradıldı. İş bölgüsü aparıldı.

Tədbir xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

# 1710 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #