Antiterror tədbirlərində iştirak edən gənc yazıçı: "Sağ-salamatam..."

Antiterror tədbirlərində iştirak edən gənc yazıçı: "Sağ-salamatam..."
28 sentyabr 2023
# 10:26

Ərazi bütövlüyümüzü təmin edən anti-terror tədbirlərində gənc yazıçı Nadir Yalçın da iştirak edib.

Bu barədə Kulis.az-a Nadir Yalçının qardaşı məlumat verib.

Onun sözlərinə görə, əvvəl Nadirlə əlaqə yarada bilməyiblər:

"Əvvəlcə məlumatımız yox idi. Əlaqə yarada bilmirdik. Sonrada atam hərbi hissədən hər şeyi öyrəndi. 3-4 dəfə əlaqə saxlamışıq. Hər dəfə deyir ki, sağ-salamatam, məxfilik qorunsun deyə, başqa bir söz demir. Təkcə onu bilirik ki, çiyin-çiyinə irəlilədiyi yoldaşlarının, komandir heyətinin şəhid olması onu bərk sarsıdıb. Ümid edirik, Nadirin səhhətində heç bir problem yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin".

Qardaşı qeyd edib ki, Nadir Yalçın yaxın günlərdə tərxis olunacaq, xidmət müddətinin uzadılması gözlənilmir.

# 1736 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #