Nəvəsi Çaplin haqqında film çəkir

Nəvəsi Çaplin haqqında film çəkir
24 sentyabr 2019
# 14:02

Çarli Çaplinin nəvəsi, aktrisa və rejissor Karmen Çaplin babası haqqında film çəkir.

Kulis.az-ın rus mətbuatına istinadən vediyi xəbərə görə, “Çarli Çaplin- dünya adamı” adlanacaq sənədli film 2020-ci ilin ilk yarısında çəkiləcək.

Prodüserlərin sözlərinə görə, əfsanəvi Çaplinin yaradıcılığında qaraçı izi prizmasından yanaşılacaq, lentə Çaplinin filmlərindən parçalar, animasiya elementləri, rejissorun uşaqları və qaraçı mədəniyyətinin müxtəlif təmsilçiləri ilə müsahibələr daxil ediləcək.

Xatırladaq ki, Çaplin avtobipoqrafiyasında atasının və anasının valideynlərindən birinin qaraçı olduğunu yazıb. O, tərcümeyi-halında Staffordşird parklarından birində qaraçı furqonunda doğulduğunu da qeyd edib. Karmen Çaplinin sözlərinə görə, babası qaraçı kökləri ilə fəxr edirdi və eyni zamanda bunu lazımınca qiymətləndirmirdi.

# 2801 dəfə oxunub

Müəllifin son yazıları

# # #