Nazir Rasim Balayevdən üzr istədi

<b>Nazir Rasim Balayevdən üzr istədi</b>
5 mart 2019
# 15:16

Əbülfəs Qarayev Rasim Balayevin Prezidentlə görüşə dəvət olunmamasından danışıb.

“Azərbaycanda 270 xalq artisti, nə qədər xalq yazıçısı, xalq şairi, xalq rəssamı var, onların hamısını o məkana toplaya bilməzdik”.

ONA-nın məlumatına görə, bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

Nazir görüşə dəvət olunmayan mədəniyyət və incəsənət adamlarından üzr istəyib: “Onların hamısını bir araya gətirsəydik Heydər Əliyev sarayında da yer olmazdı. Mənim Rasim Balayevlə yaxın dostluğum var. Düşünürəm ki, gələn görüşlərdə digər mədəniyyət xadimlərimiz də iştirak edə biləcəklər. Kimlər bu görüşdən kənarda qalıbsa üzr istəyirəm. Gələn dəfə iştirak etməyən mədəniyyət xadimlərini də nəzərə alacağıq”.

Digər xəbərlər:

Əbülfəs Qarayevdən bədii şura açıqlaması

İki teatra “akademik” statusu verilib

Yuğ Teatrına bina verilə bilər

Nazir: "Cabbarlının evi bizə məxsus deyil"

# 2624 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #