Teatrımızın Tehrandakı “Cəza”sı

Teatrımızın Tehrandakı “Cəza”sı
22 yanvar 2018
# 09:49

Azərbaycanın Gənc Tamaşaçılar Teatrının kollektivi Tehranda keçirilən Beynəlxalq Fəcr Teatr Festivalına iştirak edir.

Yanvarın 21-də teatrın kollektivi İran paytaxtında “Cəza” tamaşasını nümayiş etdirib.

Tamaşa çox gənc yaşlarında ailə qurmuş bir qadının taleyindən bəhs edir. Psixoloji oyun dramında rolu Əməkdar Artist Kəmalə Hüseynova ifa edib. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Dərin psixoloji yaşantıları əks etdirən mono-tamaşanın musiqi tərtibatı Ağasəlim Feyzullayevə, tryukların quruluşu isə İsa Əsədova məxsusdur.

Tamaşa tehranlı tamaşaçıları tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, yanvarın 18-da başlamış festival yanvarın 29-dək davam edəcək.

“Cəza” tamaşasına baxmaq istəyənlərin çoxluğu nəzərə alınaraq səhnə əsəri yanvarın 22-də və 23-də yenidən nümayiş etdiriləcək.

# 1136 dəfə oxunub

Müəllifin son yazıları

# # #