Xalq artistinin konserti nümayiş olunacaq

Xalq artistinin konserti nümayiş olunacaq
8 aprel 2020
# 15:44

"Bizi birləşdirən mədəniyyət" verilişi Xalq artisti, professor, beynəlxalq müsabiqələr laureatı, pianoçu Murad Hüseynovun konsertini təqdim edəcək.

Mədəniyyət Nazirliyi və “Mədəniyyət” kanalının birgə layihəsi olan "Bizi birləşdirən mədəniyyət" verilişi aprelin 8-də saat 17:45-də efirə gedəcək.

Latviyanın Dövlət Filarmoniyasının böyük konsert salonunda Latviyanın simli kvarteti ilə birgə baş tutan konsert proqramı Riqa şəhərində lentə alınıb. /azertag.az/

# 1247 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #