"Nar bağı" Avstraliyada qalib olub

"Nar bağı" Avstraliyada qalib olub
24 noyabr 2017
# 12:48

Dünən Avstraliyanın Brisben şəhərində Asiya və Sakit Okean hövzəsi ölkələri Kino Akademiyasının Asia Pacific Screen Award mükafatlarını təqdim etmə mərasimi olub.

Kulis.az-ın verdiyi xəbərə görə, akademiyanın üzvü olan azərbaycanlı kinorejissor İlqar Nəcəf quruluş verdiyi “Nar bağı” filmi ilə yarışmaya qatılıb və törəndə iştirak edib.

İlqar Nəcəf Akademiyanın "Young Cinema Award" nominasiyasında qalib olub. Rejissor kino mətbuatında "Asiya Oskarı" kimi tanınan mükafatın artıq ikinci dəfədir ki, qalibidir. Onun "Buta" filmi də "Ən yaxşı uşaq filmi" nominasiyasında qalib olmuşdu.

Amerika və Avropa kino akademiyaları ilə rəqabət aparma iddiası ilə 2007-ci ildə yaranan akademiyaya regionun Rusiya, Çin, İran, Hindistan kimi nüfuzlu kino ölkələri daxildir. Akademiyanın mükafatına Əsgər Fərhadi, Andrey Zvyagintsev, Nuri Bilgə Ceylan kimi sənətkarlar layiq görülüblər.

# 1186 dəfə oxunub

Müəllifin son yazıları

# # #