Qadınlara niyə rol verilmir?

Qadınlara niyə rol verilmir?
29 sentyabr 2014
# 13:36

BMT-in təhqiqatlarına görə, beynəlxalq kino biznesdə qadınların karyera qurmaq şansları əhəmiyyətli dərəcədə azdır. Onlara az hallarda dərin məzmunlu rollar verilir.

Kino sənayedə qadınların fundamental diskriminasiyası və sterotipləşdirilməsi var. Bu haqda BMT-in “Qadınların hüquqlarının və imkanlarının genişləndirməsi üzrə alman komitəsinin nümayəndələri deyib. Komitənin məlumatına görə, qadınlar dünya əhalisinin təxminən yarısını təşkil edir. Amma filmlərdə “zəif cins”in yalnız 30,9 faizi dialoqları olan rolları ifa edir. Bundan başqa, qadın rollarında seksual çalar çoxdur.

Araşdırma zamanı müxtəlif ölkələrdən olan filmlər analiz edilib. Beynəlxalq müqayisədə “danışan” rolları oynayan aktrisaların çoxu Britaniya (37,9 %) və Braziliya istehsalı olan filmlərdədir (37,1%) .

Ən az dialoqları olan qadın obrazları Hindistan (24,9 faiz), və ABŞ-la Böyük Britaniyanın birgə kinolentlərindədir (23,6 faiz).

Ekspertlər daha çox alman filmlərində kişi və qadın obrazları arasında balansın qorunduğunu qeyd edir. Qadın kino personajların 22,5 faizi işləyir, yalnız 15 faizi isə biznesdə ya siyasətdə yüksək vəzifə tutur.

Ekranda alim qadınlar, mühəndislər, riyaziyyatçılar, hüquqşünaslar və həkimlər azdır.

Filmi yaradanlar – rejissorlar, operatorlar, prodüserlər arasında da qadınlar azdır. Qadın rejissorların çəkdiyi filmlərdə qadın personajlar çoxdur.

Fransa kinematoqrafiyasında qadın rejissorlar çox olsa da, faiz nisbətinə görə Fransa liderlikdən uzaqdır.

# 1304 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #