XXI əsrin ən populyar rus filmi

XXI əsrin ən populyar rus filmi
28 avqust 2019
# 10:01

Analitiklər “Kino mail.ru” platformasında yerləşdirilən filmləri tədqiq edərkən ən çox səs qazanan ekran əsərini elan ediblər.

Rusiyanın XXI əsrdəki ən populyar filmi reytinq cədvəlinə görə “Легенда №17” hesab olunur.

Səsvermə 18-55 yaş kateqoriyaları arasında aparılıb. Gənclər komediya və əkşn janrlarına, yaşlı nəsil isə daha çox fəlsəfi, həmçinin“Leviafan”, “Sevastopol uğrunda döyüş” kimi müharibə mövzusunda çəkilən ekran əsərlərinə üstünlük veriblər.

Dram janrında olan filmlər 35-44 yaşlı nümayəndələr arasında daha çox səsvermə qazanıb. Bu kateqoriya üzrə Pavel Lugina və Aleksey Balabanovun çəkdiyi əsərlər yer alıb. /azertag.az/

# 3453 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #