Namazda radara düşən imam – Ramazan gülməcələri

Namazda radara düşən imam – Ramazan gülməcələri
6 iyun 2019
# 09:33

Kulis.az Ramazanla bağlı məzəli əhvalatları təqdim edir.

Ramazan bayramı günü çoxbilmiş bir gənc öz dostuna sataşmaq istəyir:

- Neçə belə bayramlara… Düzdü, sənə həmişə bayramdır, amma yenə də olsun!

***

Şair təbriki:

- Minarədən atlaram, bayramını qutlaram.

***

- Orucsanmı?

- Yox. Bu gün Namazam, sabah Hacı olacam, birigün Oruc.

***

- Bəlkə axşam iki qardaş gedib vuraq?

- Deyəsən, Ramazan yenə yadından çıxdı...

- Yox, qardaş, çıxmayıb, denən o da gəlsin!

***

Filosof təbriki:

- Sənə xoşbəxtlik yox, sağlamlıq arzu edirəm. Çünki xoşbəxtlik şərtidir, adamına görə dəyişir, amma sağlamlıq hər kəs üçün eynidir.

***

İsti havada oruc tutan dost tutmayan dosta:

- Son vaxtlar yaman soyuqsan...

Və bir az susandan sonra:

- Soyuq dedim, su yadıma düşdü!

***

Ramazan ayında bir adam mollaya:

- Molla, deyirlər, isti havada oruc tutub susuzluqdan huşunu itirən adama su versən, orucu pozular. Belə olan təqdirdə günah kimə yazılır? Su verənə, ya huşunu itirənə?

Molla təmkinlə:

- Özünə o zülmü eləyənə su verib ayıltmaq daha böyük günahdır!

***

- Bu Ramazanda bir irəliləyiş görmədim.

- Niyə?

- Keçən il orucu nə pozurdusa, bu il də onlar pozur.

***

Deputat təbriki:

- İstənilən an siqaret çəkilə bilən, acanda yemək yeyilə bilən 11 ayın başlaması münasibəti ilə hamınızı təbrik edirəm. Mübarək ay olması vacib deyil, yaxşı aylardır!

***

- Vaxsey! Orucum pozuldu!

- Niyə?

- Hər şey yaxşı olacaq dedin, mən də yedim!

***

Gənclər məsciddə təravih namazı qılarkən imamdan xahiş edirlər ki, bir az sürətlə davransın, futbola gedəcəklər. İmam razılaşır. Namazların ilk dörd rükəti sürətli keçir, qalanları, çox ağır tempdə. Gənclər futbola yubanır. Axşam imamdan bunun ilk dörd rükətdən sonra yavaşımağın səbəbini soruşurlar. İmam:

- Radara düşdüm!

- Bu nə demək?

- Sürətlə qılıb qurtardığım dörd rükətini sağ çiyin salamını verəndə yanımda məscidin axundunu gördüm!

# 2257 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #