Vilnüsdə musiqimiz səslənəcək

Vilnüsdə musiqimiz səslənəcək
30 sentyabr 2019
# 17:01

Oktyabrın 18-də Litvanın paytaxtındakı Vilnüs Ratuşasında “Şərq nağılları” adlı klassik musiqi konserti keçiriləcək.

Litva Kamera Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Aşıq Veysəl, Çağatay Akel, həmçinin fransız musiqiçilər Moris Ravel və Marsel Qranjani kimi bəstəkar və el sənətkarlarının əsərləri dinlənəcək.

Konsertin solisti Çağatay Akel (arfada ifa edəcək), dirijor isə Azərbaycan Xalq artisti Yalçın Adıgözəlovdur. /azertag.az/

# 1589 dəfə oxunub

Müəllifin son yazıları

# # #