Babam ölmüşdü, mən ağlayırdım, atam üzülürdü - Minimalist şeirlər

Babam ölmüşdü, mən ağlayırdım, atam üzülürdü - Minimalist şeirlər
16 aprel 2020
# 16:30

Kulis.az Rauf Ranın minimalist şeirlərini təqdim edir.

Fraqment

dünən
uşaq ikən ən sevdiyim
cizgi filminə baxdım,
nədənsə heç bir personaj
böyüməmişdi.

Süjet

uşaq idim,
həkimlər atamın bir ay
ömrü qalıb demişdilər.
divar saatının
daşını çıxarmaq istəyirdim,
qorxdum ki, anam
işə gecikər.

Külqabı

qəribə idi,
babam ölmüşdü,
mən ağlayırdım,
atam üzülürdü.

Anons

Da Vinçi də
sonuncu şam yeməyi
olduğunu bilmirdi.

Şəxsiyyət vəsiqəsi

Sabah səhər durub,
əvvəl ayaqyoluna
sonra mətbəxə gedəcəm.
təsadüfdən dünən də
belə etmişəm, bu gün də.

# 2673 dəfə oxunub

Müəllifin son yazıları

# # #