Məşhur rəssam və şair Vladlen Qavrilçik vəfat edib.
Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə, tanınmış rəssam 88 yaşında dünyadan köçüb.
Sant-Peterburqun qeyri-rəsmi mədəniyyət əfsanəsi adlanan Qavrilçik özünü “sözlə və fırçayla” işləyən sənətkar kimi təqdim edirdi.
1929-cu ildə dünyaya göz açan Qavrilçikin uşaqlıqdan rəsmə marağı olub. 50-ci illərdə rəsmlə peşəkarcasına məşğul olanda artıq şeirləri ilə tanınırdı.