Tərcümə Mərkəzində yeni kitab

Tərcümə Mərkəzində yeni kitab
3 noyabr 2017
# 16:41

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentina səfirliyinin növbəti birgə layihəsi reallaşıb.

Mərkəzdən Kulis.az-a verilən məlumata görə, müasir Argentina uşaq ədəbiyyatının tanınmış siması – yazıçı Mariya Elena Valşın “Dailan Kifki” əsəri Azərbaycan dilində işıq üzü görüb.

Əsasən, orta məktəb şagirdlərinin mütaliəsi üçün nəzərdə tutulmuş nəfis tərtibli kitab, sahibi tərəfindən tərk edilmiş filin macəralarından bəhs edir.

Əsərin ispan dilindən tərcüməçisi Emin Ələsgərov, redaktoru İlqar Əlfidir.

# 1472 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #