Məşhur italiyalı aktyor vəfat edib

Məşhur italiyalı aktyor vəfat edib
24 avqust 2019
# 12:41

İtalya aktyoru Karlo Delle Pyane 83 yaşında Romada vəfat edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə onun həyat yoldaşı məlumat verib.

Aktyorun ölüm səbəbi hələlik məlum deyil.

Aktyor karyerası boyu Vittorio De Sika, Aldo Fabrisii və Pupi Avato kimi rejissorlarla çalışıb. Karlo Delle Pyane “Tələbə yürüşü“ filmindəki roluna görə “Qızıl qlobus”, “Milad hədiyyəsi” filmindəki roluna görə isə “Gümüş şir” mükafatlarınını qazanıb.

# 2132 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #