İvan Buninin heykəli qoyulub

İvan Buninin heykəli qoyulub
5 iyun 2017
# 13:52

Fransanın Qrass şəhərində Nobel mükafatlı məşhur rus yazıçısı İvan Buninin heykəli qoyulub. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə Heykəl Sen İler parkında, şəhər kitabxanasının yanında qoyulub.

Rus yazıçısı mühacirət həyatının böyük bir hissəsini Fransanın cənubundakı bu şəhərdə keçirib.

İki metrlik bürünc abidənin açılışında şəhər bələdiyyəsi və Rusiyanın Fransadakı səfiri iştirak edib.

# 1155 dəfə oxunub

Müəllifin son yazıları

# # #