Şair Musa Yaqubdan xəbər var

Şair Musa Yaqubdan xəbər var
30 yanvar 2015
# 15:19

Şair Musa Yaqub ötən il Türkiyədə keçirdiyi əməliyyatdan sonra özünü yaxşı hiss edir.

Bu barədə kulis.az-a M.Yaqub özü bildirib: “Şükür Allaha, tamamilə düzəlmişəm. Heç yüngül müayinədən ötrü də həkimə müraciət etməyə ehtiyac qalmayıb.”

Məlumat üçün bildirək ki, bu ilin mayında 78 yaşı tamam olacaq şair hazırda Bakıdadır və yaxın günlərdə onunla geniş müsahibə oxucularımıza təqdim olunacaq.

# 1478 dəfə oxunub

Müəllifin son yazıları

# # #