Merilin Monronun rəqəmsal oxşarı filmdə

Merilin Monronun rəqəmsal oxşarı filmdə
3 aprel 2018
# 16:45

Hollivud ikonası Merilin Monronun rəqəmsal oxşarı aktrisanın ölümündən 50 il sonra avtobioqrafik filmdə oynayacaq.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, filmin ideyası ssenari müəllifi və prodüser Kris Onqara məxsusdur. 3 D modelli “avatar”i idarə edən rəqəmsal oxşar üçün əsas 41 yaşlı Syuzan Kennedi olacaq. Kennedi rəqəmsal işləmə olmadan da Merilin Monronun surəti hesab edir. Bundan əvvəl o, “Ülgüc üzərindən qaçış 2049” filfilmində Monronu oynayıb.

Monronun rəqəmsal oxşarını yaratmaq üçün 181 kameranın köməyi ilə Syuzinin fotolarını çəkiblər, bədəninin bütün xüsusiyyətlərini fiksə ediblər. 60 kamera isə onun üz ifadələrini çəkmək üçün istifadə olunub.

Xatırladaq ki, “Cazda yalnız qızlardır” və Centlmenlər sarışınları seçir” filmlərinin ulduzu Merilin Monro 1962-ci ildə 36 yaşında dozadan artıq dərman istifadəsindən vəfat edib.

# 937 dəfə oxunub

Müəllifin son yazıları

# # #