“Müasir Azərbaycan ədəbiyyatı” antologiyası Moskvada çap olundu

 “Müasir Azərbaycan ədəbiyyatı” antologiyası Moskvada çap olundu
30 noyabr 2015
# 17:53

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin ikicildli “Müasir Azərbaycan ədəbiyyatı” (nəsr və poeziya) antologiyası işıq üzü görüb. Kulisin verdiyi məlumata görə Moskvanın “U Nikitskix vorot” nəşriyyatı tərəfindən nəfis tərtibatla nəşr olunmuş ikicildlikdə Azərbaycanın məşhur yazıçı və şairləri ilə yanaşı, müasir ədəbi gəncliyin nümayəndələri də təmsil olunur.

İkicildlik, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə tanıdılması və təbliği ilə bağlı Mərkəzin həyata keçirdiyi irimiqyaslı “Milli Ədəbiyyatın Təbliği” layihəsi çərçivəsində nəşr olunub. Hər iki kitabın önsözünün müəllifi, Rusiya Yazıçılar Birliyinin sədr müavini, tanınmış yazıçısı Valeri İvanov-Taqanskidir.

Kitabların təqdimat mərasiminin yaxın vaxtlarda Rusiya Yazıçılar Birliyinin iştirakı ilə Moskvada keçiriləcəyi nəzərdə tutulur.

# 1110 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #