Xalq artistinin səhhəti yenidən pisləşib

Xalq artistinin səhhəti yenidən pisləşib
5 avqust 2024
# 12:45

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib, hazırda evində müalicəsi davam edir.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya aktyorun qızı məlumat verib.

Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür ki, özünü yaxşı hiss etmir.

“Problem daha çox qaraciyəri ilə bağlıdır. Yeməyi, yuxusu da qaydasında deyil”, - qızı əlavə edib.

# 671 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #