Tahir Tahiroviç: "Mənim namizədim Rasim Balayevdir"

Tahir Tahiroviç:  "Mənim namizədim Rasim Balayevdir"
5 mart 2024
# 12:34

"Mənim namizədim Rasim Balayevdir".

Bu sözləri kino ittifaqlarının birləşmə konfransında iştirak edən rejissor Tahir Tahiroviç Kulis.az-a açıqlamasında deyib.

Daha sonra o, əlavə edib:

"Açığını deyim ki, son 10 ildə kino ittifaqlarının iki yerə ayrılması yaxşı əlamət olmadı. Bu illər ərzində çox şey itirdik. Söz yox ki, birləşmənin leyhinəyəm. Düşünürəm ki, elə birini sədr seçməliyik ki, ən az 5 il Azərbaycan kinematoqrafçılarının yoluna işıq saçsın. Mənim namizədim Rasim Balayevdir. Düşünürəm ki, o, Lətif Səfərovun, Həsən Seyidbəylinin yolunu uğurla davam etdirə biləcək".

# 725 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #