Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi
19 may 2022
# 18:40

Xalq artisti, rejissor Vaqif Əsədov dünyasını dəyişib.

Kulis.az-ın verdiyi xəbərə görə, koronavirusa yoluxan rejissor uzun müddətdir xəstəxanada müalicə alırdı.

Vaqif Əsədov Firudin oğlu 1947-ci il aprelin 5-də Naxçıvan Muxtar Respublikasında anadan olub. 1969-cu il may ayının 25-də Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1969-cu ildən 1989-cu ilə kimi Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında aktyor, quruluşçu rejissor, baş rejissor vəzifələrində çalışıb.

Uzun müddətdir Dövlət Gənc Tamaşaçılar teatrında rejissor işləyirdi. Rejissor Milli Dram Teatrında da bir çox tamaşalara quruluş verib. Rəsmi dövlət tədbiorlərinin quruluşunu verib.

# 2101 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #