Rusiyalı rejissor Vitali Melnikov 94 yaşında dünyasını dəyişib.
Kulis.az rus mediasına istinadən xəbər verir ki, bu barədə “Lenfilm” kinostudiyasının mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilib ki, rejisor bu gün səhər saatlarında vəfat edib.
1959-cu ildən kino yaradıcılığına başlayan rejissor 20-dən çox filmin müəllifi olub. O, daha çox “Salam və əlvida”, “Böyük oğul”, “Sentyabrda məzuniyyət” adlı filmləri ilə məşhurluq qazanıb.
- Hakan Gündayın yeni romanı çap olunacaq
- Gənc yazıçı: “Prustu anamdan çox sevirəm” - MÜSAHİBƏ
- Bakıda rok festivalı keçiriləcək
Melnikov 1987-ci ildə Rusiyanın Xalq artisti adına layiq görülüb.