Ömər Eldarov Nəsiminin heykəlindən danışdı: “Biabırçılıqdır” - Foto

Ömər Eldarov Nəsiminin heykəlindən danışdı: “Biabırçılıqdır” - Foto
24 oktyabr 2019
# 13:01

“Onlar yəqin ki heykəli lakla boyayıblar, amma material təbii patindəndir. Başa düşmürlər ki, heykəli sadəcə su və fırça ilə yumaq lazımdır. İndi o patin qaralıb. Bu heykələ ziyan vurur. Belə şey eləmək olmaz”.

Bu sözləri heykəltaraş, Xalq artisti Ömər Eldarov şair Nəsiminin paytaxtdakı heykəli haqda vesti-az-a açıqlamasında söyləyib. Kulis.az-ın vesti.az-a istinadən verdiyi xəbərə görə, heykəl bu günlərdə qara lakla rənglənməsi ilə gündəmə gəlib. Parıltılı lakla boyanan heykəlin rəsmini redaksiyaya yollayan Rahib Azəri abidəyə hörmətsizlikdən narahat olduğunu yazıb.

Şəkildə də göründüyü kimi heykəli elə pintiliklə rəngləyiblər ki, boya postamentə də tökülüb.

Ömər Eldarovsa bunların heykəlin yalnız bədii görkəminə yox, həm də keyfiyyətinə təsir etdiyini söyləyib.

В центре Баку оскорбили память Насими - СПАСИБО ОТДЕЛЬНЫМ ЧИНОВНИКАМ…

# 2458 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #