Xalq artisti polisə müraciət etdi: "Məni şantaj edirlər" - Fotolar

Kazım Abdullayev, Xalq artisti

Kazım Abdullayev, Xalq artisti

1 iyul 2022
# 15:40

Xalq artisti Kazım Abdullayev şantaj olunduğunu iddia edib.

Kulis.az xəbər verir ki, aktyor bunla bağlı sosial şəbəkədə paylaşım edib. O, bir xanımın ona yazdığı mesajları yayımlayaraq, bunları əlavə edib:

"Əziz dostlar, xanımlar və cənablar, son vaxtlar məni erotik videolarla şantaj edirlər. Məndən pul istəyirlər. Bu nə mənim yaşıma, nə də statusuna yaraşan bir işdir. Hamınız məni gözəl tanıyırsınız. Mənim bu ağır vaxtımda - qardaş və bacı itirdiyim bir zamanda üstümə gəlirlər.

Kimin mənə qarşı təxribatı olduğunu bilmirəm. Əgər pul verməsəm, dostlara videonu göndərəcəkləri ilə şantaj edirlər. Gələn təhdid mesajlarını sizinlə bölüşürəm. Ona görə də mən feysbuk, mesencer və whatsapp-ı bağlayıram. Hüquq mühafizə orqanlarından da xahiş edirəm bu işdə mənə yardım etsinlər".

Qeyd edək ki, K.Abdullayev ötən ay qardaşını, bir neçə gün əvvəl isə bacısını itirib.

# 2413 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #