Şərif Ağayarla görüş keçiriləcək - LAÇINDA

Şərif Ağayarla görüş keçiriləcək  - LAÇINDA
8 iyul 2025
# 14:10

İyulun 12-i, saat 15:00-da Laçın şəhərinin “LaCinema” Kino Mərkəzində əslən Laçından olan tanınmış yazıçı Şərif Ağayarla görüş keçiriləcək.

Kulis.az xəbər verir ki, rayon rəhbərliyinin, ziyalıların, ictimayyət nümayəndələrinin və sənət adamlarının iştirakı nəzərdə tutulan tədbirdə yazıçı oxucular üçün öz kitablarını da imzalayacaq.

Görüş “Laçın Abadlıq Xidməti”, “Simurq” kitabxanası və “Qanun” nəşriyyatının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, tədbirə giriş sərbəstdir.

# 204 dəfə oxunub

Müəllifin son yazıları

# # #