"Xaç atası"nın rejissorunun maşınları hərraca çıxarılır

"Xaç atası"nın rejissorunun maşınları hərraca çıxarılır
26 iyul 2025
# 13:10

Dünyaca məşhur amerikalı rejissor Frensis Ford Koppolanın bəzi maşınları "Christries" Hərrac Evində satışa çıxarılır.

Kulis.az xəbər verir ki, onun 1988-ci ildə lentə aldığı "Tucker: The Man and His Dream" adlı filmində nümayiş olunan maşın da auksiona çıxarılacaq.

Hollivudun məşhur rejissorunun 1913-cü ildə istehsal edilən Ford və 1986-cı il buraxılışlı Volksvageni də nümayiş olunacaq maşınlar siyahısındadır.

Qeyd edək ki, Koppola "Xaç atası" və "Apokalipsis bu gün" kimi dünya şöhrətli filmlərin də müəllifidir.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #