Qəhrəman Aydın: “Xəyalım”-Ən qısa hekayə

Qəhrəman Aydın: “Xəyalım”-Ən qısa hekayə
25 dekabr 2013
# 16:00

Kulis.az Qəhrəman Aydının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Xəyalım” (473 işarə) hekayəsini təqdim edir.

Hava qaranlıq, ev soyuq, divarlar çəlimsiz, yatağım iyrənc.

Bayırda həzin yağan yağişa qarşı artıq heç nə hiss etmirəm, ancaq uşaqkən ən çox xoşlandığım şey həzin yağan yağış idi.


Artıq uşaq ola bilmərəm, amma könül istər ki: İçimdəki uşağı yaşadım. Başqa bir yerdə, bir meşədə, dəniz kənarında və ya səhra yaxinlığında öz tikdiyim kiçik bir evdə yaşayım.

Düşüncələrimi formalaşdıran anlayışları və müqəddəsləri sorğulayıb yenidən adlandırım və ya adsızlaşdırım.

Səhər yerimdən qalxıb istədiyim tərəfə, xoşladığım işə gedim. Məsələn: balıq tutmağa...

# 1633 dəfə oxunub

Müəllifin son yazıları

# # #