Vudi Allen kariyerasını bitirir

Vudi Allen  kariyerasını bitirir
3 oktyabr 2023
# 16:30

Məşhur amerikalı kinorejissor Vudi Allen kariyerasına bitirmək istədiyini açıqlayıb.

Kulis.az xəbər verir ki, Allen jurnalistlərlə söhbətində çəkilişlər üçün maliyyə mənbələri axtarmaqdan yorulduğunu etiraf edib.

O “Böyük ironiya” filminin son filmi olacağını bildirib.

Qeyd edək ki, premyerası sentyabrın əvvəlində baş tutan “Böyük ironiya” filmi fransız dilində lentə alınıb.

# 784 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #