Pişiklər yüksəklikdən düşəndə niyə ölmür? – CAHİLLİKLƏR KİTABI

Pişiklər yüksəklikdən düşəndə niyə ölmür? – <span style="color:red;">CAHİLLİKLƏR KİTABI
14 fevral 2017
# 13:29

Edison “hər hansı bir şey haqqında bildiyimiz gerçəyin milyonda biri qədərdir” deyəndə bəlkə bir az ifrata varırdı.

Amma bilmədiklərimiz bir yana dursun, səhv bildiklərimiz necə?

Con Lloyd və Con Mitçinsonun imzası ilə çap olunan “Cahilliklər kitabı” (The Book of General İgnorance) səhv bildiyimiz gerçəkləri bizə açıqlayır.

Kulis.Az bu kitabdan seçmələri təqdim edir.

Pişiklər neçənci mərtəbədən düşsələr sağ qalarlar?

30-cu mərtəbədən, ya da daha yüksəkdən düşüb sağ qalan pişiklər haqqında faktlar var. 46-cı mərtəbədən düşən bir pişik sağ qalıb. Təyyarədən qəsdən atılan pişik də sağ-sağlam qalıb.

Yeddinci mərtəbədən yüksək heç bir mərtəbədən düşmək pişiklər üçün ölümə yol açmır. Yetər ki, oksigen kifayət eləsin. Pişiklərin sürət həddi saatda 100 km-ə qədərdir. Yüksəklikdən aşağı düşəndə havada yayılır, ayaqları paraşüt kimi açılır, yavaşca torpağa enirlər. Xırda-para yaranı çıxmaq şərti ilə elə ciddi xəsarət almırlar.

1987-ci ildə Amerika jurnallarının birində (Journal of the American Veterinay Medical Association) yayımlanmış məqalədə Nyu-Yorkdayüksək mərtəbələrdən düşmüş 132 pişik araşdırılmışdı. Pişiklərin çoxu ciddi yaralar alsa da, demək olar, hamısı sağ qalmışdı. Statistikaya görə, yeddinci mərtəbəyə qədər olanlarda yaralanma riski artır. Yeddinci mərtəbədən daha yüksək mərtəbələrdə isə bu risk getdikcə azalır. Başqa sözlə desək, pişiklər nə qədər yüksəkdən düşərlərsə, yaşamaq şansı o qədər çox olar.

İnsanlarda da bu hallar müşahidə olunub. 1972-ci ildə terrorçular tərəfindən partladılan bir təyyarədən canını qurtaran Vesna Vulovic bunların arasında ən məşhurudur. Digəri isə pilot Nikolas Alkamadedir. O, 1944-cü ildə 5800 metrlik yerdən tullanmışdır.

Vesna Vulovicin hər iki ayağı qırılsa da, onurğası zədələnsə də sağ qalmışdı.

Nikolas Alkamadeni isə ölümdən xilas edən şam ağacı və qar yığını olub. Şam ağacı və qar yığını onun düşmə sürətini azaltmışdı və qəribə də olsa, pilot heç yaralanmamışdı da. Yerə düşəndən sonra bir siqaret də çəkmişdi...

Amerika adı Vespuççidən götürülməyib! - CAHİLLİKLƏR KİTABI

Amerikadakı dəvələr niyə ölüb?- CAHİLLİKLƏR KİTABI

Şirləri və köpək balıqlarını öldürən bu heyvanı tanıyırsızmı? – CAHİLLİKLƏR KİTABI

II Yekaterina necə ölüb? – İki yüz illik at yalanı

Neron: Ana qatili, seks fetişisti-ROMANI O YANDIRMAMIŞDI

Napoleonun ən alçaldıcı məğlubiyyəti – DOVŞAN MƏSƏLƏSİ

Bəkarət kəməri: Əvvəllər qadağa, indi seks aləti

Buqələmunların rəng dəyişməsinin sirri – MÜHİTLƏ BAĞLI DEYİLMİŞ

Dəccalın simvolunu Engels tapıb?

Nisbilik nəzəriyyəsi Eynşteynin kəşfi deyilmiş

Telefonu Qraham Bell icad edib? – QƏTİYYƏN!

Yer kürəsini ətrafına dolanan ilk insan kimdir? – YANLIŞ BİLDİKLƏRİMİZ

# 1710 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #