Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq

Vaqif Mustafayevin “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq
24 avqust 2023
# 12:15

Avqustun 28-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor Vaqif Mustafayevin 70 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçiriləcək.

Kulis.az APA-ya istinadən xəbər verir ki, gecədə “Həyat, deyəsən, gözəldir” filmi nümayiş olunacaq.


Tədbirdə Gürcüstan Respublikasının Xalq artisti Avtandil Maxaradze, aktrisa Nino Qomarteli iştirak edəcək. "Oskar" mükafatı laureatı, məşhur kinorejissor Nikita Mixalkovun də yer aldığı təbrik videoçarx da təqdim olunacaq.

# 870 dəfə oxunub

Müəllifin son yazıları

# # #