1931-ci ildə çəkilmiş və Mahatma Qandinin şəxsən oturaraq poza verdiyi yeganə yağlı boya portret Londonda keçirilən Bonhams hərracında 152 800 funt sterlinqə (təxminən 205 000 ABŞ dolları) satılıb.
Kulis.az xəbər verir ki, portretin müəllifi britaniyalı rəssam Kleyr Leytondur.
Əsər Qandinin Londonda “Dəyirmi Masa” konfransında iştirakı zamanı ərsəyə gəlib.
Qeyd edək ki, əsərin ilkin dəyəri 50.000-70 000 funt sterlinq olaraq qiymətləndirilsə də, əsər dəyərindən, təxminən, 3 dəfə baha satılıb.